Azərbaycanda koronavirusa yoluxanların yeni sayı açıqlandı - SON MƏLUMAT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 969 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 53 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 290, bu günə qədər isə ümumilikdə 6 880 431 test icra olunub.