Sosial iqtisadiyyat

Həci olmaq üçün 10 MİN MANAT və 5 ŞƏRT

2022-ci ildə Azərbaycandan Həcc ziyarətinə gedənlərin xərci minimum 10 min manat təşkil edəcək.

ENA.az xəbər verir ki, bu qiymətlərə aşağıdakılar daxildir.

9106 manat (5250 dollar) – otel+təyyarə+aviabilet

894 manat – qurban pulu + əlavə xərclər (nəzərə alın ki, qiymətə 3 dəfə yemək daxildir və buna görə də əlavə nəsə yemək istəsəniz, özünüz ödəməlisiniz. Əlavə xərclərə taksi pulu da daxildir)

Həcc ziyarətinə getmək üçün puldan vacib şərtlər də var.

Beləliklə:

  1. Xarici pasport (xanımların hicablı, ağ fondu fotosu ilə)
  2. Sağlamlıq kağızı
  3. Beynəlxalq səviyyədə qəbul olunmuş vaksinlər (Pfizer-BioNTech vaksini 2, Moderna 2, Oxford-Astrazeneca 2, Janssen 1, Covovax 2, Nuvaxovid 2, Sinopharm 2, Sinovac 2, Covaxin 2, Sputnik-V 2 doza
  4. PCR test - Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl
  5. Yaş həddi - 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Qeyd edək ki, Həcc özü 5 gün davam edir, ümumilikdə isə 7 gün çəkir. Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir. İlk gediş – iyunun 23-də, son dönüş isə iyulun 20-də olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)