Soros: "Putin nə qədər zəif olsa, bir o qədər gözlənilməz hərəkət edəcək”
Macar yəhudisi milyarder maliyyəçi Corc Soros çərşənbə axşamı deyib ki, Rusiyanın Ukraynaya təcavüzü III Dünya Müharibəsinin başlanğıcı ola bilər, ona görə də azad sivilizasiyanı qorumağın ən yaxşı yolu Qərbin prezident Vladimir Putinin qüvvələrini məğlub etməsidir.
ENA.az xəbər verir ki, Soros bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı danışıb.
Soros Putinin Rusiyanın Ukraynaya hücumları ilə bütün məqsədlərinə çatacağına inandığını, lakin indi işğalın səhv olduğunu düşündüyünü və atəşkəslə bağlı danışıqlara hazırlaşdığını bildirib: “Amma atəşkəs təmin oluna bilməz, çünki ona etibar etmək olmaz. Putin nə qədər zəif olsa, bir o qədər gözlənilməz hərəkət edəcək”. O əlavə edib ki, Avropa İttifaqı başa düşməlidir ki, Putin hazırda Avropanın ehtiyaclarının təxminən 40%-ni təmin edən Rusiya qazını “həqiqətən zərər versə belə” kəsə bilər.
Çin Dövlət Başçısı Xi haqqında danışan Soros belə deyib: “COVID-19, Rusiya və iqtisadiyyatla bağlı bir sıra səhvlərə görə növbəti seçkilərdə prezident seçilməyə bilər”.