Sağlamlıq

Doğrudanmı, yenidən karantin şəraitində yaşamaq lazım gələcək?

Doğrudanmı, yenidən karantin şəraitində yaşamaq lazım gələcək? Doğrudanmı, epidemioloji təcrid olunma yenidən cəmiyyətin gündəlik məişətinin bir hissəsinə çevriləcək? Dünyada meymun çiçəyinin yayılması ilə bu məsələ getdikcə bəşəriyyəti və xüsusilə almanları narahat etməyə başlayır.

Bu sözləri Robert Kox İnstitutunun prezidenti Lotar Viler Almaniyanın ZDF kanalına müsahibəsində deyib. O, qeyd edib ki, Almaniyanın Səhiyyə Nazirliyi ölkənin şəhər və kəndlərində yeni virusun yayılması ilə əlaqədar təcrid və karantin üzrə protokol hazırlamağa başlayıb. Belə ki, burada bu günə qədər 4 yoluxma halı aşkar edilib. Hökumət əmindir ki, bu növ çiçək xəstəliyinin yayılması ilə vaxt itirmədən, sürətlə və səmərəli mübarizə aparmaq lazımdır. Kabinet üzvləri xəstəlik haqqında bütün məlumatı almaq üçün yeni halların mümkün qədər tez zamanda öyrənilməsinin lazım olduğuna dair razılığa gəliblər. Vurğulanıb ki, alim və həkimlərin bu işə cəlb edilməsi vacibdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)