TURİZM

“Air Arabia” Abu-Dabidən Bakıya uçuşları bərpa edir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” şirkəti iyunun 28-dən Abu Dabidən Bakıya reyslər həyata keçirəcək.

ENA.az  bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, aviareyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Təyyarə yerli vaxtla saat 14:30-da Abu-Dabidən qalxacaq və saat 17:30-da Bakıya enəcək. Əks istiqamətdə reys isə həmin gün saat 18:35-dən 21:35-ə qədər baş tutacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)