Bank

Azərbaycan banklarının xarici borcları sürətlə artır - RƏQƏMLƏR

Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 33,2% artıb. 2022-ci il aprelin 30-na bu rəqəm 1 milyard 416,4 milyon manat təşkil edir və müqayisə etsək, 2021-ci ilin sonuna olan göstəricidən 33,2% çoxdur. 

ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin təkcə aprel ayında bankların xarici öhdəlikləri 6,7 milyon manat və ya 0,5% artıb.

Mərkəzi Bankın məlumatına görə, aprelin sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 331,6 milyon manat təşkil edib. Yəni ötən 4 ayda 9% artım baş verib. 

Təkcə aprel ayında xalis xarici aktivlər 704,1 milyon manat və ya 12,5% artıb.

Qeyd edək ki, Azərbaycanda bankların xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilmiş kreditlər, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlər, qeyri-rezidentlərin qarşısında yerləşdirilmiş qiymətli kağızlar hesabına formalaşır. 2021-ci ildə Azərbaycanda bankların xarici öhdəlikləri 12,9% azalıb. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)