Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşır
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 0,89 % artaraq 122,70 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Ötən həftənin şənbə günü “Brent” markalı neftin bir bareli 112,55 ABŞ dolları olub.