"Bu il Bakıya 600 avtobus gətiriləcək"

"Bu il Bakıya 600 avtobus gətiriləcək".
"BI" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
"Ümumiyyətlə biz şəhər nəqliyyatı üçün əlavə tədbirlər görəcəyik. Bu il Bakıya 300 müasir avtobusun gətirilməsi nəzərdə tutulur, keçən il imzalanmış kontraktlara əsasən 300 avtobus da əlavə. Yəni, bu il Bakıya 600 avtobus gətiriləcək. Beləliklə, həm vətəndaşların rahatlığı təmin ediləcək, həm də təhlükəsizlik baxımından əlbəttə ki, bunun böyük faydası var", - İlham Əliyev bildirib.