Bank

Bank və kredit təşkilatları Naxçıvanda verilən kreditləri artırıb

2022-ci ilin yanvar-aprel aylarında Naxçıvan MR-in bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 95 milyon 907 min 100 manat məbləğində kreditlər verilib. ENA.az Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 39.2% çoxdur.

Komitədən bildirilir ki, verilmiş kreditlərin 8 milyon 433 min 100 manatı və yaxud 8.8%-i qısamüddətli, 87 milyon 474 min manatı və yaxud 91.2%-i uzunmüddətli kreditlər olmuşdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)