Gündəm

Putinin Rusiyadakı reytinqi AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putinə ölkə vətəndaşlarının 80,7%-i etibar edir, 77,7%-i isə onun işini bəyənir.

ENA.az xəbər verir ki, bu göstəricilər Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin araşdırması nəticəsində müəyyənləşib.

Mayın 10-dan 15-dək prezidentin işini bəyənmə nisbəti 77,7 faiz, eyni dövr üçün prezidentə etimad reytinqi 80,7 faiz təşkil edib.

Prezidentin fəaliyyətini əhalinin 13,9%-i bəyənməyib, rusların 15,7%-i ona etimadsızlığını bildirib.

Sorğu mayın 10-dan 15-dək keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 1600 insan iştirak edib.

Sorğunun telefonla müsahibə formasında keçirildiyi bildirilib. İddialara görə, bu nümunə üçün 95% ehtimalı ilə səhvin maksimum ölçüsü 1% -dən çox deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)