"Metak" işçi axtarır - VAKANSİYA
Alətçi-çilingər
İş barədə məlumat
• Press qəliblərin və ştampların yığılması və təmiri;
• Forma əmələ gətirən səthlərin və axma kanalların pardaqlanması;
• Cizgilərin oxunması;
• Cizgilərdə təsvir olunan əsas elementlərin məlumat pəstahında nişanlanması;
• Çilingər işləri: yonma, burğu ilə deşmə, cilalanma və sürtmə, detalların bir-birinə uyğunlaşdırılması;
• Sınaqlarda iştirak etməsi.
Namizədə tələblər
• Orta texniki təhsil;
• Press qəliblərdə bütün əməliyyatları bilməli (oturtma, müsadilə);
• Çilingər və ölçü-nəzarət alətləri, onların təyinatını və işlətmə qaydalarını bilməli;
• Elektrik və pnevmatik alətlərlə işləmək bacarığı;
• Press qəliblərin konstruktiv xüsusiyyətlərini və qaynar kanallı qəliblərin yığılmasını bilməli;
• Bu sahədə iş təcrübəsi 5 ildən artıq.
İş şəraiti
• Əmək haqqı danışıq əsasında;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=122 və ya hr@metak.az ünvanına CV göndərərək 10.02.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.