Azərbaycandan xaricə hidrogen qazı ixrac oluna bilər
Azərbaycan gələcəkdə hidrogen enerjisini xaricə nəql edə bilər.
ENA.az xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov deyib.
O bildirib ki, Azərbaycan Avropa İnkişaf Bankı ilə yaşıl hidrogen enerji layihələri ilə bağlı əməkdaşlıq edir. “Boru kəmərləri ilə hidrogen qazı ixrac oluna bilər. Lakin bu proses hansı üsulla, nə qədər və necə nəql olunacaq, eləcə də qiymətlər necə tənzimlənəcək – bütün bunların üzərində ciddi şəkildə işləmək lazımdır”, – deyə sədr müavini əlavə edib.