“AzerGold”un Müşahidə Şurasının tərkibi yenilənib
“AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
ENA.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
Dövlət başçısının imzaladığı yeni sərəncama əsasən, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İdarə Heyətinin (İH) üzvü, Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Rövşən Nəcəf Şuranın sədri vəzifəsindən azad edilib, onun yerinə AİH-in İH-nin sədri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəisi Mətin Eynullayev təyin olunub.
Bundan başqa, Şuranın üzvü olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəisi Elçin Ağakişiyev və ƏMDX-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru İlham Pənahov vəzifələrindən azad edilib, onların yerinə İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri Səməd Bəşirli və AİH-in Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri Rəşad İsmayılov təyin olunublar.