“Renault” zavodu “Moskviç” buraxacaq
Moskvadakı “Renault” zavodu “Moskviç” brendi altında avtomobillərin yığılmasına başlayacaq.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib. Moskva meri “Moskviç” brendi altında avtomobillərin istehsalının bərpa olunduğunu elan edib
O, “Renault” zavodunu şəhərin balansına almaq qərarına gəldiyini açıqlayıb. Mer əlavə edib ki, gələcək planlarda şirkət elektromobillər də istehsal edəcək.
Sobyanin, həmçinin əmin edib ki, zavodun işçilərinin əksəriyyəti fəaliyyətə davam edəcəklər.
“Renault” qrupunun Rusiyadakı aktivləri dövlət mülkiyyətinə keçib. “Renault Russia” QSC-nin səhmlərinin 100 faizi Moskva hökumətinə məxsus olacaq.