TURİZM

“Emirates Airlines” bitkoinlə ödəniş qəbul edəcək

BƏƏ-nin “Emirates” aviaşirkəti öz xidmətlərini bitkoinlə satmağı mümkün etməyi planlaşdırır, Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin əməliyyat direktoru Adel Əhməd Əl-Redhaya məlumat yayıb.

“Emirates tezliklə bitkoini ödəniş kimi qəbul etməyə başlayacaq”, – deyə mesajda bildirilir.

Vurğulanır ki, aviaşirkətlər müştərilərin ehtiyaclarını izləyən proqramların yaradılmasına kömək etmək üçün işçiləri işə götürməli olacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)