“Dünyanın ən yaxşı yeni banknotu” mükafatı AMB-yə təqdim edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyəyə buraxdığı, “Dünyanın ən yaxşı yeni banknotu” tituluna layiq görülmüş 50 manatlıq pul nişanının qalibiyyət mükafatı (kubok) quruma təqdim edilib.
ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, təqdimat mayın 2-5-də İspaniyada təşkil edilmiş “Global Currency Forum 2022” çərçivəsində baş tutub.
Xatırladaq ki, bu il fevralın 22-də “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın paytaxtı Vaşinqtonda beynəlxalq konfrans keçirib, Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanını mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın ən yaxşı yeni banknotu” tituluna layiq görərək qalib seçib.