Gündəm

“Ukrayna müqavimətini lazımi səviyyədə qiymətləndirməməsi Rusiyanın uğursuzluqlarına gətirib çıxarıb”

Ukraynanın müqavimətini lazımi səviyyədə qiymətləndirməməsi və onu “ən yaxşı ssenari” üzrə planlaması Rusiyanın açıq-aşkar əməliyyat uğursuzluqlarına gətirib çıxarıb və Prezident Putinin 9 May Qələbə Günü paradında Ukraynada əhəmiyyətli hərbi uğurlar elan etməsinə mane olub.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiyanın Ukraynanı işğal planı çox güman ki, onun məhdud müqavimətlə qarşılaşacağı və əhalinin məskunlaşdığı mərkəzləri sürətlə mühasirəyə ala və yan keçə biləcəyi ilə bağlı səhv fərziyyələrinə əsaslanıb.

Qeyd olunub ki, əməliyyatlarla bağlı yanlış hesablamaları Rusiyanın yeri doldurulmayan itkilər verməsinə və əməliyyat fokusunun azalmasına səbəb olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)