SOCAR neftçiləri təxliyə etdi
Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Qeyd edilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib:
"Həmçinin bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır".