Gündəm

Ukrayna Ordusu əks-hücuma keçib

Ukrayna müdafiə qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.

ENA.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı teleqramda bildirib.

O həmçinin Rusiyanın öz qüvvələrini Luqansk istiqamətində cəmlədiyini, xüsusilə Popasna, Kreminna, Torske rayonlarında şiddətli döyüşlərin getdiyini vurğulayıb.

Qeyd edək ki, Valeri Zalujnı bu barədə amerikalı həmkarı general Mark Millini məlumatlandırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)