Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Daha bir neçə Rusiya bankı “SWIFT”dən çıxarılacaq. Bu, Azərbaycan banklarına təsirsiz ötüşməyəcək | ENA.az
Bank

Daha bir neçə Rusiya bankı “SWIFT”dən çıxarılacaq. Bu, Azərbaycan banklarına təsirsiz ötüşməyəcək

Azərbaycanın müxbir kompayns şərtləri sərtləşdirilib. Buna görə də əməliyyatların çoxu Rusiyanın “SWIFT” beynəlxalq banklararası ödəniş sistemindəki bankları vasitəsilə həyata keçirilir. ENA.az xəbər verir ki, bu arada Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel daha bir neçə Rusiya bankının “SWIFT” beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacağını açıqlayıb. Beləliklə, bu təsirlərin Azərbaycan banklarını da vuracağı ehtimalı da artır. 

Venesuelanın “VPI” kanalı xəbər verir ki, Aİ nümayəndəsi bu barədə Latın Amerikası ölkələrinə səfəri zamanı deyib. Diplomat yeni məhdudiyyətlərə hansı kredit təşkilatlarının düşə biləcəyini açıqlamayıb.

“Maliyyə sektorunda daha çox Rusiya bankı “SWIFT” beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacaq. Hansı bankları deyə bilmərəm, amma olacaq. Enerji sektorunda isə biz Rusiyanın neft idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq”, - deyə Jozep Borrel bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)