"Rusiyanın başqa ölkəyə hücum etməyəcəyinə zəmanət yoxdur"
"Rusiyanın başqa ölkəyə hücum etməyəcəyinə zəmanət yoxdur".
ENA.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts isveçli və finlandiyalı həmkarları ilə keçirdiyi mətbuat konfransında deyib.
Şoltsun sözlərinə görə, son onilliklərdə Avropa sərhədlərin güc yolu ilə dəyişdirilməyəcəyini və dövlətlərin suverenliyinə hörmət ediləcəyini qəbul edib:
"Rusiya bu status-kvonu pozub. Buna görə də şübhəsiz, bir daha eyni şeyi təkrarlaya bilər".
"Buna görə də biz eyni vaxtda müdafiə səylərimizi genişləndirmək qərarına gəldik", - deyə Şolts Almaniyanın silahlı qüvvələri üçün artan maliyyələşdirməni və ÜDM-in 2%-ni müdafiə xərclərinə ayırmaq qərarını əlavə edib.
Kansler, həmçinin Almaniyanın Finlandiya və İsveçin NATO-ya qəbuluna dəstəyini açıqlayıb: “Bu iki ölkə NATO-nun bir hissəsi olmaq istədikləri təqdirdə, bizim dəstəyimizə arxalana bilərlər".