Türkiyənin ilk qırıcısı “F-35”dən daha mükəmməl olacaq
Türkiyə istehsalı olan "HÜRJET" təyyarələrinin ilk uçuşu 2023-cu ildə həyata keçiriləcək.
ENA.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəis müavini Serdar Dəmirəl məlumat verib.
O qeyd edib ki, yeni təyyarənin bəzi texnologiyaları Amerikanın F-35 qırıcılarından daha mükəmməl olacaq.
"HÜRJET hücum təyyarəsi gələn il ilk uçuşunu edəcək. İlk qırıcımız F-35-dən daha yaxşı performansa malikdir. Hazırda biz öz hava gəmisini inşa edə bilən 15 ölkədən biriyik. Biz öz PUA-larımızla dünya lideriyik”, - deyə Dəmirəl bildirib.
Bundan əvvəl ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəni F-35 qırıcılarının tədarükü proqramından çıxarıb.