Sosial iqtisadiyyat

Azərbaycanda himayədar sərmayəçiləri birləşdirən klub yaradıldı

Azərbaycanda himayədar sərmayəçiləri birləşdirən klub yaradılıb.

ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla Azərbaycanda himayədar sərmayəçiləri birləşdirən “Technovate Mələk İnvestorlar Klubu” yaradılıb. O əlavə edib ki, belə platformalar startap ekosisteminə yeni və maraqlı imkan, biznes və rəqabət mühitinin inkişafı üçün faydalı təşəbbüsdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)