Azərbaycandakı VTB Bankın kartlarına digər banklar niyə xidmət göstərmir?
Artıq bir neçə həftədir ki, Azərbaycandakı Rusiyanın VTB Azərbaycanın kartlarına bəzi bankların xidmət göstərməməsi barədə məlumatlar var. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Fərid Osmanov bildirib ki, Azərbaycandakı Rusiyanın VTB Azərbaycan ərazisində çalışmaqdadır. Kart şəbəkəsində qəbul olunur.
Lakin banklar tərəfindən müəyyən limitlərin tətbiq edilməsi mümkündür və bu, risklər daxilində atılmış addımlar ola bilər. F.Osmanov hansı bankların bu kartlara xidmət göstərmədiyi barədə məlumatları da Mərkəzi Banka ötürməyi xahiş edib.
Qeyd edək ki, bəzi bankların həmin kartlarla aparılan əməliyyatlardan 50 manat həcmində vəsait tutduğu barədə məlumatlar mövcuddur.