Gündəm

"Rusiya rəqiblərində olmayan vasitələrdən istifadə edəcək" - Putindən Qərbə xəbərdarlıq

"Kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək istəsə və strateji təhlükə yaranarsa, cavabımız ildırımsürətli olacaq. Rusiya buna cavab olaraq rəqiblərində olmayan vasitələrdən istifadə edəcək".

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Qanunvericilik Məclisinin iclasında çıxış edərkən deyib.

Ukrayna və Donbasda keçirilən xüsusi hərbi əməliyyatda müəyyən edilən bütün vəzifələrin tamamlanacağını bildirən Putin qeyd edib ki, əməliyyatla Donbasın, Krımın və bütün Rusiyanın təhlükəsizliyini təmin edəcəklər.

O, Qərbi ittiham edərək, Ukraynanın xarici dövlətlər tərəfindən Rusiya ilə birbaşa münaqişəyə sövq etdiyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)