“Ermənistandan çox vacib addımlar gözləyirik” - NAZİR
"Bundan başqa gürcü həmkarıma Qarabağda görülən işlər haqqında məlumat verdim".
ENA.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.
XİN başçısı bildirib ki, görüş zamanı regionda sülh üçün Azərbaycanın təklifləri də müzakirə olunub:
"
Artıq Ermənistan xarici işlər naziri ilə danışıqlar nəticəsində ölkələr arasında razılıqlar var. Bundan sonra əldə olunan razılıqların yerinə yetirilməsinə başlanılacaq. Komissiyanın yaradılması üçün işlər davam edir. Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirir. Ermənistandan çox vacib addımlar gözləyirik. Artıq vədlərin yerinə yetirmə vaxtıdır".