"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" auditor seçir
![](https://ena.az/uploads/news/2022-04/_ena_8bbe30dad3e6eef1134a572eb_o.jpg)
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC 2021-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı kotirovka sorğusu elan edib.
ENA.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini mayın 13-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Sorğunun nəticəsi mayın 16-da, saat 11:00-da portalda açıqlanacaq.