Sənaye

“Renault” konserni “AvtoVAZ”ı satır

Fransanın “Renault” konserni “AvtoVAZ”ı satmağa hazırlaşır. Bu barədə “Kommersant” xəbər verir. Verilən məlumata görə, zavodun yeni sahibi “Rostex” və ya Sənaye və Ticarət Nazirliyinin strukturları ola bilər.

Qeyd edək ki, “Renault” “AvtoVAZ”da 67.61% paya sahibdir. Bununla yanaşı, “Rostex” Avropa İttifaqının sanksiyaları altındadır. Buna görə şirkət “mövcud vəziyyətlə əlaqədar bütün variantları” nəzərdən keçirdiyini bildirib.

Xatırladaq ki, martın 23-ü “Renault” Moskvada istehsalını dayandırıb. Martın sonunda isə şirkət Rusiya bazarından çıxmaq üçün “AvtoVAZ”dakı payını yerli investorlara satmağı planlaşdırdığını deyib.

“Renault”un hesabatına görə, 2022-ci ilin birinci rübündə “AvtoVAZ”ın ümumi gəlirə töhfəsi ötən illə müqayisədə 23.1% azalaraq 527 milyon avro təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)