Bank

Bakı Ticarət Bankının zərəri bu il yenə artdı - HESABAT

Azərbaycanın bank sektorunda bir neçə bank var ki, onların vəziyyəti və cari fəaliyyəti maraq doğurur. Sabiq məmur bankları kimi tanınan bu maliyyə qurumlarından biri də “Bank BTB” ASC-dir.

Bankın 2022-ci ilin I rübü üzrə hesabatına əsasən, aktivlərinin həcmi 1,5% azalaraq 356 milyon 788 min manat olub. 2022-ci il martın 31-nə bankın kredit portfeli (ehtiyatlar çıxılmaqla) 247 milyon 438 min manatdır. Bu, 2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə 1,4% azalma deməkdir.

Aktivlərin 19%-ni isə 68 milyon manat dəyərində əsas vəsaitlər və qeyri-maddi aktivlər təşkil edir. Maliyyə institutlarına verilmiş kreditlərin həcmi isə 12 milyon manat olub. Bankın hesabında nağd vəsaitləri 9 milyon 869 min manat, müxbir hesablarında isə 9 milyon 663 min manat olub.

Bankın öhdəlikləri 0,6% azalaraq 305 milyon 132 min manatdır. Hesabat dövrünün sonuna bankda depozitlər 0,7% azalıb və 146 milyon 336 min manat təşkil edib.

Müştərilərin müddətli depozitləri 130 milyon 507 min manat, müştərilərin tələbli depozitləri 15 milyon 828 min manatdır. Digər maliyyə institutlarından alınan kreditlər 153 milyon manat olub. 2022-ci ilin I rübündə Mərkəzi Bankdan alınan vəsaitin həcmi isə 2 milyon 145 min manat olub. Digər maliyyə institutlarının bu bankdakı depozitlərinin həcmi isə 350 min manat olub.

“Bank BTB” Açıq Səhmdar Cəmiyyətinin 2022-ci ilin I rübünə olan
kapitalı

2022-ci ilin aprel ayının əvvəlinə “Bank BTB”nin kapitalı 6,1% kiçilərək 51 milyon 656 min manat olub. Bankın nizamnamə kapitalı 66,45 milyon manatdır (dəyişməyib). Yəni nizamnamə kapitalının 17 milyon 727 min manatını “zərər yediyindən”, “Bank BTB” ASC-nin 2022-ci ilin I rübünün sonuna xüsusi kapitalı 48 milyon 728 min manata düşüb. Ümumi ehtiyatlara 2 milyon 928 min manat ayrıldığından ümumilikdə bankın cəmi kapitalı 51 milyon 656 min manat təşkil edib.

Bank I rübü 3 milyon 295 min manat məbləğində zərərlə (2021-ci ilin I rübündə xalis mənfəət 365 min manat olmuşdu) başa vurub. Cəmi faiz gəlirləri 6.858.723 manat, faizlər və onlarla əlaqədar xərclər 4.005.917 manat olub ki, xalis faiz gəlirləri 2.852.806 manat formalaşıb. Qeyri-faiz gəlirləri 1.055.847 manat, qeyri-faiz xərcləri isə 4.001.969 manat təşkil edib. Gəlirlərdən xərclərin çıxarılması nəticəsində “Bank BTB” 93 min manat əməliyyat zərəri edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 3.201.186 manat ayrılıb və 93 min manat zərəri də nəzərə almaqla Bank BTB” 3 milyon 295 min zərər açıqlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department