Sosial iqtisadiyyat

“Azərlotereya” tarixində ən böyük 3 uduşun məbləği açıqlanıb

“Azərlotereya” tarixində ən böyük 3 uduşun məbləği açıqlanıb. 

"BIxəbər verir ki, Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların keçirldiyi müddətdə ən böyük uduş 16 sentyabr 2013-cü il tarixində “6/40” lotoreyasının 520-ci tirajında olub. Uduş  439 min 30 manat, qalib isə Bakı şəhəri sakini Məmmədsalahov Siyavuş adlı şəxs olub.
İkinci ən böyük uduşun sahibi  isə 19 fevral 2015-ci ildə "5/36" lotereyasında "Cek Pot"un qalibi Astara rayon sakini Əliyev Yaşardır. O, 205.370 manat qazanıb. 

“Azərlotereya” ASC tarixində 3-cü  ən böyük “Cek Pot” uduşu 29 iyun 2018-ci ildə qeydə alınıb. Space telekanalının canlı efirində “Azərlotereya” ASC-nin təşkil etdiyi “6/40” lotereyasının 1964-cü tirajında 285 070 manata yüksəlmiş “Cek Pot”u “051245” nömrəli biletin sahibi qazanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)