Operativ Qərargah məhdudiyyətlərin ləğvini MÜZAKİRƏ EDİR

Azərbaycanda karantin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvinə dair təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib.
ENA.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son nəticələr yaxın müddətdə açıqlanacaq.