Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək
![](https://ena.az/uploads/news/2022-04/_ena_17649d72075b00daf4dab1b99_o.jpg)
Mayın 17-də Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçiriləcək.
ENA.az xəbər verir ki, tədbirin təşkilatçıları Aİ-nın Azərbaycandakı nümayəndəliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya Ticarət Palatası, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Biznes forumu Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında səmərəli əməkdaşlığın qurulması məqsədi daşıyır.