Avtomobil

Almaniyada sürücüləri hansı hallarda “səfehlər üçün test” keçməyə göndərirlər?

Almaniyada bəzi avtomobil həvəskarları parklama nəzarətçilərinə qarşı “müharibə”ni böyük “igidlik” hesab edirlər. Onlar müəyyən yerlərdə, məsələn öz restoranının yaxınlığında, piyadalar üçün nəzərdə tutulan zonada avtomobillərin parklanmasının qadağan olunmasını əsassız hesab edərək, öz maşınlarını bilərəkdən və nümayişkaranə şəkildə məhz həmin yerlərdə saxlayırlar.

"BI" xəbər verir ki, belə hallarda nəzarətçilər həmin sürücülər üçün adətən sadə, sonra isə ikiqat məbləğdə cərimə çekləri yazırlar. Lakin avtomobil həvəskarları bu cərimələri ödəməyə tələsmir və istədikləri ictimai yerdə parklama etmək hüququnu sübut etməyə çalışaraq nəzarətçiləri məhkəməyə verirlər.

Sürücü xüsusilə inadkarlıq etdikdə onu xalq arasında “səfehlər üçün test” (Idiotentest) deyilən tibbi-psixoloji müayinə keçməyə göndərirlər. Adətən bu cür müayinəyə sərxoş vəziyyətdə sükan arxasında əyləşənləri göndərirlər. Lakin parklama qaydalarını mütəmadi surətdə və inadkarlıqla pozan sürücülər də risk edirlər: onları da bu cür test keçməyə göndərə bilərlər. Belə şəxslərə sürücülük hüququndan məhrum edilmə cəzası tətbiq oluna bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)