SOCAR neft emalını 10% artırıb
SOCAR-ın Azərbaycandakı emal kompleksində 1.6 mln. tona yaxın neft, 948 mln. kubmetrə yaxın təbii qaz emal olunub.
ENA.az SOCAR-a istinadən xəbər verir ki, neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7% artıb.
Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 561 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 9.3% artaraq təqribən 4.8 mlrd. kub metr təşkil edib.
SOCAR-dan bildirilir ki, Karbamid və Metanol zavodlarının istehsal həcmlərinin kəskin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin 96.3%-ə yüksəlməsi qaz istehlakının artımına təsir göstərib.