Ərzaq ehtiyatları səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq
Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsi olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yeyinti məhsulları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, dövlət ərzaq ehtiyatları dövlət material ehtiyatlarının tərkib hissəsidir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.