Marketinq və reklam

Rəssamlıq bacarığı olanlar üçün layihə başlayır

Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və "PAŞA Holding"-in dəstəyi ilə "AXIN" "Sabirart" layihəsinə start verilib. ''Şuşa ili'' çərçivəsində təşkil olunan layihədə iştirakçılara 6 ay müddətində hər həftənin şənbə günləri "ArtEvi" incəsənət emalatxanasının peşəkar rəssamı tərəfindən rəssamlıq sənətinin incəlikləri tədris olunacaq.

Həmçinin layihə çərçivəsində Şuşaya 2 günlük səfər və burada etüdün təşkili nəzərdə tutulur.

Sabirabadda yaşayan və layihədə iştirak etmək istəyənlər bu formada müraciət edə bilərlər: 35 yaşa qədər rəssamlıq bacarıqları olan şəxslər A4 formatında, istənilən texnika ilə (sulu boya, yağlı boya, sadə və ya rəngli karandaş ilə) çəkdiyi rəsmin arxasına ad, soyad, əlaqə nömrəsi (təhsil aldığı və ya işlədiyi müəssisənin nömrəsi) qeyd edərək 1 may 2022-ci il tarixinə qədər Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatına təqdim etməlidirlər.

Layihə bölgələrdə incəsənətə marağı artırmaq, xüsusilə Sabirabad gənclərinin asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaq məqsədilə keçirilir. Layihə üçün seçilən 10 gənc lazım olan bütün rəssamlıq ləvazimatları ilə təmin olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department