Sosial iqtisadiyyat

“MilliKart”da yeni təyinatlar

“MilliKart” prosessinq mərkəzinin İcraçı Direktoru Elnur Məmmədov 14.04.2022 tarixindən öz istəyi ilə tutduğu vəzifədən ayrılıb. O, “MilliKart”dakı fəaliyyətinə 2005-ci ildə başlamış və 2016-cı ildən etibarən İcraçı Direktor kimi davam etdirmişdir.

E.Məmmədov bu postdan ayrıldıqdan sonra, “MilliKart”da yeni yaradılmış İdarə Heyətinə sədr və üzvlər seçilib. Belə ki, İdarə Heyətinin sədri Emin Muxtarov, üzvləri isə Rəşad Ağayev və Rəna Hacıyeva təyin ediliblər.

E.Məmmədovun yeni təyinatı ilə bağlı məlumat yoxdur.

Qeyd etmək istərdik ki, “MilliKart” prosessinq mərkəzi 2005-ci ildə yaradılmışdır və hazırda bank, bank olmayan kredit təşkilatları, həmçinin ödəniş təşkilatlarına xidmət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)