“Sberbank”ın mobil əlavəsi “iOS” platformasından silinib
Rusiyanın ən böyük bankı olan “Sberbank”ın mobil əlavəsi “iOS” platformasından silinib.
Aprelin 12-dən bankın mobil əlavəsini bu platformadan yükləmək və ya yeniləmək mümkün deyil.
ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra “App Store” bu ölkədə fəaliyyətini məhdudlaşdırıb.
Bankdan bildiriblər ki, əvvəl yüklənmiş əlavələr hazırda işləyir. Bundan əlavə, bank “Sberbank online” veb-saytından da istifadəni təklif edir.