Birja

Bu, qısamüddətli rallidir: neft bahalaşır

Bugün neft qiymətləri əvvəlki sessiyadakı 4% enişdən sonra yüksəlir. Treyderlərin diqqət mərkəzində son iki ildə ən pis koronavirus epidemiyasının qeydə alındığı Çindəki vəziyyət qalır. Şanxay səlahiyyətliləri bəzi karantin tədbirlərini yüngülləşdirdi, lakin insanların çoxu hələ də evdə qalmağa məcburdur və şəhər COVID-19 hallarının artmağa başlayacağı təqdirdə məhdudiyyətləri yenidən sərtləşdirəcəyini vəd etdi.

Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 9:10-a olan Brent markalı neftin iyun fyuçerslərinin dəyəri bir barel üçün 100,12 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,64 dollar (1,67%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında may ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 96 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,71 dollar (1,81%) çoxdur. 

VI Investmnt Corp-un əmtəə üzrə analitiki Sunchil Yun deyib: "Bu gün bazarda gördüyümüz qısamüddətli rallidir. İnvestorlar virusun Çinin iqtisadi artımına və neft tələbinə mənfi təsirindən ehtiyat edirlər".

Bloomberg xəbər verir ki, bu arada OPEC-in baş katibi Məhəmməd Barkindo Aİ nümayəndələrinə açıq şəkildə bildirib ki, kartel Rusiya neftinin dünya bazarına tədarükünün azalmasını kompensasiya edə bilməyəcək.

OPEK hesab edir ki, Rusiyaya qarşı cari və gələcək sanksiyalar, eləcə də alıcılar tərəfindən Rusiya neftinin boykot edilməsi nəticəsində qlobal bazar sutkada 7 milyon bareldən (b/d) çox neft itirə bilər. Bu, OPEK-in əvəz edə biləcəyi həcmlərdən əhəmiyyətli dərəcədə yüksəkdir. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department