Qarabağ

Lavrov Mirzoyanla Qarabağı müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla Moskvada keçirdiyi görüşdə Qarabağla bağlı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını müzakirə edib.

ENA.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Rusiya danışıqları dəstəkləyir. Biz əldə olunan razılaşmaların icrasının təmin olunmasını davam etdirəcəyik”, - deyə Lavrov Mirzoyanla görüşdə bildirib.

Qeyd edək ki, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiyanın XİN başçısı Sergey Lavrov arasında görüş keçirilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department