BİZNES

“PASHA Holding”in iki böyük aqrar şirkətinin rəhbəri dəyişdi

“PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro”larının rəhbərləri dəyişib.

Məlumata görə, əsasən Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru bundan sonra Məcnun Məmmədov Qadir oğlu olacaq. O bu vəzifədə Tofiq Həmidovu əvəzləyib.

“PMD”dən tanıdığımız Məcnun Məmmədov holdinqin bağçılıq üzrə biznesində önəmli layihələri idarə edir. Hazırda o, həmçinin “Agro Food Investment” MMC-nin direktorudur. Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.

Bununla belə, 2017-ci ildə yaradılan “Grand-Agro” MMC-nin nizamnamə kapitalının həcmi də 4 250 000 mln. manat, yaxud 10% artırılmaqla 45 960 000 manata çatdırılıb.

Holdinqin agrobiznesdə innovativ tingçiliklə məşğul olan layihəsi “Grand-Agro Invitro” MMC şirkətinin direktoru yenidən dəyişib. Vahid Novruzov Vaqif oğlu bundan sonra “Grand-Agro Invitro”ya rəhbərlik edəcək. O, bu vəzifədə Taleh Zeynalov Tarix oğlunu əvəzləyib. Vahid Novruzov bundan öncə “Agro Food Investment” MMC-nin direktor müavini və İdarə Heyətinin üzvi vəzifəsində idi. Nyu-Yorkda yerləşən Pace Universitetində ali təhsil alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)