“Air India” Rusiyaya bilet satışını dayandırıb
Hindistanın “Air India” aviaşirkəti Dehlidən Moskvaya və geriyə bilet satışını dayandırıb.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hindistandakı səfirliyi bildirib.
“Uçuşların bərpası perspektivləri hazırda qeyri-müəyyən olaraq qalır. “Air India” ofisinin məlumatına görə, ləğv edilmiş reyslər üçün ödənilən vəsait sərnişinlərə tam həcmdə qaytarıla bilər”, – deyə mesajda vurğulanır.
Səfirlik onu da bildirib ki, Hindistan tərəfindən beynəlxalq hava daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar Daşkənd, İstanbul, Dubay, Əbu-Dabi, Doha və digər mövcud istiqamətlər vasitəsilə bu ölkəyə uçmaq mümkündür.
Əvvəllər “Air India” Rusiyaya iki uçuş həyata keçirib.