Azərbaycanda xüsusi müsadirə institutu yaradılacaq
Azərbaycanda xüsusi müsadirə institutu yaradılacaq.
Modern.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, Nazirlər Kabineti Baş Prokurorluq və Ali Məhkəmə ilə birlikdə 2022-2026-cı illərdə Xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi məqsədilə ölkə ərazisində, yaxud başqa dövlətin yurisdiksiyasında olan cinayət yolu ilə əldə olunmuş əmlakın və ya müsadirə edilməli olan digər aktivlərin qaytarılması (aşkar edilməsi, üzərinə həbs qoyulması, aktivlərin dondurulması və sair) ilə bağlı səmərəli fəaliyyətin həyata Nazirlər Kabineti Tövsiyə edilir: Baş Prokurorluq, Ali Məhkəmə 2022─ 2026 xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi məqsədilə aktivlərin qaytarılması mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi Məlumatların ümumiləşdirilməsi və təhlili, təkliflərin qiymətləndirilməsi Aktivlərin qaytarılması ilə bağlı mexanizmi tənzimləyən müvafiq təklifin təqdim edilməsi 3 keçirilməsi üçün müvafiq təkliflər hazırlanmasını təmin etməlidir. Bunun üçün xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi məqsədilə aktivlərin qaytarılması mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilməlidir.