Gündəm

Azərbaycanlı milyonçu koronavirusdan VƏFAT ETDİ

ENA.az xəbər verir ki,  Rusiyanın Yakutiya muxtar vilayətində yaşayan, əslən azərbaycanlı, milyonçu və xeyriyyəçi, "Almaz” mağazalar şəbəkəsinin sahibi Mətləb İbadov aprelin 1-də koronavirusdan dünyasını dəyişib.

Mətləb İbadov əfsanəvi şəxsiyyətdir. 1978-ci ildən Yakutiyada işləyir. Hələ sovet dövründə o, "Studenchesky” mağazasını tikdirmişdi. Son zamanlar o, əsasən "Almaz” ticarət şəbəkəsinin sahibi kimi tanınırdı. Bu, Yakutiya ərazisində spirtli içkilərin ən böyük rəsmi topdansatış distribyutorlarından biridir. Mətləb İbadov həm də yol tikintisi ilə məşğul olub. (Hit.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)