Lavrov: Rusiya-Ukrayna danışıqlarında irəliləyişlər var
Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş var.
ENA.az xəbər verir ki, bu barədə cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
Lavrov detallar barədə danışarkən deyib ki, söhbət Ukraynanın blok ölkə olmasının qeyri-mümkünlüyündən, onun NATO-da xoşbəxtlik axtarmasının mümkünsüzlüyündən, qeyri-nüvə dövləti olmasından, neytral statusundan gedir.
Eyni zamanda o qeyd edib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar davam edir və hələlik yekun plan və razılaşma yoxdur.
Martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqları keçirilib. Danışıqlarda Ukraynanın NATO-ya üzv olmaqdan və nüvə silahından imtinasını, bloklara qoşulmamaq statusunu nəzərdə tutan, kağız üzərində təsbit olunmuş mümkün gələcək sazişin prinsipləri müzakirə olunub. Bundan sonra Rusiya Ukraynanın Kiyev və Çerniqov vilayətləri ətrafında tzyiqləri zəiflədib.
Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlar bu gün onlayn rejimdə davam edib.