Qeyri-Bank

“FİNCA Azərbaycan”a cərimə protokolu yazılıb

Azərbaycanda BOKT-a cərimə protokolu yazılıb.

“Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Zaur Hacıyevin icraatına verilib. Məhkəmə iclası davam edir.

Bu xətaya görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)