TURİZM

Dünyanın ən yaxşı pasportları sırasında Azərbaycan neçənci yerdədir?

Lüksemburq pasportu “Nomad Capitalist” vergi və immiqrasiya konsaltinq şirkəti tərəfindən tərtib edilən dünyanın ən yaxşı pasportları siyahısında birinci olub.

ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, reytinq tərtib edilərkən vizasız getməyin mümkün olduğu ölkələrin sayı (bu göstərici üzrə Yaponiya və Sinqapur liderlik edir), vergitutma (maksimum ABŞ-da, minimum isə Vanuatudadır), ikili vətəndaşlıq və şəxsi azadlıq imkanı kimi kriteriyalar nəzərə alınıb.

Rusiya 199 ölkə arasında 91-ci yerdədir. Belə ki, Rusiya pasportu ilə 119 ölkəyə vizasız getmək mümkündür. İlk onluğa Lüksemburqla yanaşı İsveç, İrlandiya, Belçika, İsveçrə, Finlandiya, Portuqaliya, Çexiya, Niderland və Sinqapur daxil olub.

MDB ölkələri arasında Qırğızıstan 140-cı, Azərbaycan 133-cü, Özbəkistan 153-cü, Tacikistan 150-ci, Türkmənistan 178-ci, Ermənistan 130-cu, Ukrayna 78-ci, Belarus isə 120-ci yeri tutub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)