Qızıl niyə ucuzlaşır?
Bazar ertəsi dolların aktiv şəkildə möhkəmlənməsi və Rusiya ilə Ukrayna arasında danışıqların yeni raundu öncəsi təmkinli nikbinlik fonunda qızıl ucuzlaşmaqda davam edir.
Aprel ayı qızıl fyuçersləri Comex birjasında 0,9% ucuzlaşaraq bir troya unsiyası üçün 1937,4 dollara düşüb.
Dolların altı valyutaya (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç kronası) nisbətdə dinamikasını göstərən ICE tərəfindən hesablanan indeks bazar ertəsi ticarət zamanı 0,52% artıb. FED-in pul siyasətini sərtləşdirəcəyi, qiymətli metalların qiymətlərinə təzyiq göstərəcəyi gözləntiləri ilə dollar bahalaşır.
Bundan əlavə, bazar Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin Rusiya ilə neytral statusunu müzakirə etməyə hazır olması ilə bağlı bəyanatlarını dəyərləndirir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, danışıqların yeni bugün Türkiyədə keçiriləcək.
Kinesis Money analitiki Rupert Roulinq deyib: “Ukraynada qan tökülməsinə son qoyulacağına dair müsbət əhval-ruhiyyə qızılın müdafiə aktivi kimi cəlbediciliyini azaldıb”.
Gümüşün may fyuçersləri isə 1,5% ucuzlaşaraq bir unsiya üçün 25,23 dollar olub.