Kreml Qarabağda yaranmış son vəziyyətə münasibət bildirib
Kreml Azərbaycanın Qarabağ bölgəsi ətrafında yaranan vəziyyətə münasibət bildirib.
Kremlin mətbuat katibi Dmitri Peskov Qarabağla bağlı üçtərəfli razılaşmaların icra edilməsini təmin etməyin vacib olduğunu söyləyib:
“Bu sual bizim hərbçilərə verilməlidir, onlar Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadırlar və təbii ki, indi əsas odur ki, bütün tərəflərin müvafiq razılaşmaların şərtlərinə əməl etmələrini davam etdirmək təmin olunsun”, – deyə Kremlin sözçüsü vurğulayıb.