Sosial iqtisadiyyat

Bakıda magistral kəmərdə qəza - Yolu su basdı

Paytaxın magistral su xəttində qəza baş verib. 

Bu barədə məlumatı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, hadisə Binəqədi rayonu ərazisində baş verib və hazırda bərpa işləri aparılır:

“Bu magistral kəmər 132 saylı şimal su anbarına qoşulub. Hazırda anbarda kifayət qədər suyumuz var və əhalinin su ilə təhcizatında hər hansı bir problem yaşanmayıb. “Azərsu”yun qəza briqadası hadisə yerindədir və işlərin günortaya kimi yekunlaşması gözlənilir”.

Qəza nəticəsində Beynəlxaq Avtovağzal Kompleksindən Biləcəriyə gedən yolu su basıb, sıxlıq müşahidə olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)